Cenubtv.az xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının SƏTƏM üzrə nümayəndələri “Azərsun Holdinq”in Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat sahələrinə baş çəkiblər. Səfərin əsas məqsədi müəssisələrin iş prinsipi, istehsalat xətləri və əməyin mühafizəsi istiqamətində görülən tədbirlərlə yaxından tanışlıq olub.
Qonaqlar Azərsun Kağız və Karton İstehsalat Korporasiyasının Xam Kağız, Təmizlik Kağızları və Təmizlik Vasitələri fabriklərini gəziblər. Onlara texnoloji proseslər, təhlükəsizlik normaları və işçilər üçün qurulan şərait haqqında ətraflı məlumat təqdim edilib.
Görüşlərdə fərdi mühafizə vasitələrinin tətbiqi, iş yerlərində təhlükəsizlik təlimləri və sosial infrastruktur xüsusi diqqət mərkəzində olub. Tərəflər əməyin mühafizəsi sahəsində qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini qeyd ediblər.





