Cenubtv.az xəbər verir ki, qlobal əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçers müqavilələrinin qiymətində ucuzlaşma müşahidə olunub.
Nyu-Yorkun “COMEX” birjasında həyata keçirilən ticarət əməliyyatlarının nəticələrinə əsasən, 2026-cı ilin fevral ayına olan qızıl fyuçersləri 0,59 faiz geriləyərək 3 660 ABŞ dollarına bərabər olub.
Bununla yanaşı, qiymətli metal bazarında digər əsas aktivlərdən biri olan gümüşün dəyərində də enmə qeydə alınıb.
Sözügedən birjada 2026-cı ilin mart fyuçersləri üzrə gümüşün bir unsiyasının qiyməti 1,77 faiz azalaraq 42,94 dollar səviyyəsinə düşüb.





