Cənub Xəbər TV xəbər verir ki, Argentinada qeydə alınan bədbəxt hadisə zamanı bir nəfər həyatını itirib, otuz şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faciə Remedios de Eskalada şəhərində yerləşən müəssisələrdən birində baş verib.
İşçilərin texniki xidmət zamanı yol verdiyi ehtiyatsızlıq nəticəsində qaz boru kəməri deşilib və şəhərin işlək küçələrindən birində əvvəlcə yanğın, ardınca isə şiddətli partlayış qeydə alınıb.
Hazırda yanğınsöndürmə briqadaları hadisənin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirləri davam etdirirlər. Həmçinin təhlükəsizlik məqsədilə ətrafdakı evlərin sakinləri təxliyə olunmaqdadır.





