Cenubtv.az xəbər verir ki, ABŞ-nin məşhur Anthropic texnologiya şirkəti səhmlərinin kütləvi təklifindən sonrakı ilk ticarət günündə dəyərinə görə SpaceX-i müvəqqəti olaraq arxada qoymağı bacarıb. Həmin vaxt qurumun təxmini bazar kapitallaşması 2,07 trilyon dollara qədər yüksəlib.
Birja göstəricilərinə əsasən, noyabrın 19-da Bakı vaxtı ilə saat 20:48-də şirkətin səhmləri ilkin qiymətlə müqayisədə 38,55 faiz bahalaşaraq 115 dollara çatıb. The Wall Street Journal nəşrinin hesablamalarına görə, qiymətli kağızların potensial emissiyası nəzərə alınarsa, ümumi səhm sayı təqribən 18 milyard ədəd təşkil edə bilər.
Bu rəqəmlər fonunda ticarətin pik nöqtəsində Anthropic qlobal miqyasda altıncı pilləyə yüksələrək iyun ayında birjaya çıxan SpaceX-i ötüb. Həmin dövrdə SpaceX-in bazar dəyəri 1,99 trilyon dollar səviyyəsində qeydə alınmışdı.
Bununla belə, günün sonunda səhmlərin qiyməti 97,17 dollara düşüb ki, bu da ilkin qiymətdən 17,07 faiz çoxdur. Nəticədə sessiya başa çatarkən Anthropic-in dəyəri 1,749 trilyon dollar, SpaceX-in göstəricisi isə 1,965 trilyon dollar təşkil edib.





