Cenubtv.az xəbər verir ki, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi ölkə ərazisindəki bütün hava limanlarından təyyarələrin qalxmasına icazə verib.
İdarənin yaydığı rəsmi açıqlamada ölkə üzrə tətbiq olunan məhdudiyyətin tamamilə ləğv edildiyi təsdiqlanıb.
Məlumata əsasən, qadağa dörd saatdan artıq davam edib və bu müddətdə 5 117 reys ləğv olunub, 9 814 uçuş isə gecikdirilib.
Ümumilikdə, yaranan problem təqribən 1,5 milyon aviasərnişinin səyahətinə mənfi təsir göstərib.
Qeyd edək ki, fasiləyə səbəb Çikaqonun Miduey hava limanındakı şəbəkə marşrutlaşdırıcısında qeydə alınan texniki nasazlıq olub.





