Cenubtv.az xəbər verir ki, ABŞ Energetika Nazirliyi 2026-cı ildə Brent markalı xam neftin orta qiymət proqnozunu 1,2% artıraraq bir barel üçün 96,32 dollardan 97,44 dollara yüksəldib.

Bu dəyişiklik qurumun Enerji İnformasiya Administrasiyasının hazırladığı son hesabatda öz əksini tapıb.

Sənəddə bildirilir ki, oktyabr ayında qlobal ehtiyatların azalması, Fars körfəzində tankerlərə edilən hücumlar, dənizdaşıma imkanlarının məhdudlaşması və artan xərclər fonunda neft qiymətləri ardıcıl üçüncü aydır ki, bahalaşır.

Qeyd olunan amillər ümumi təklifin daralmasına səbəb olub və mövcud şərtlər daxilində Brent neftinin spot qiymətinin cari ilin sonunadək 100 dollar ətrafında hərəkət edəcəyi ehtimal olunur.

Bununla yanaşı, nazirliyin proqnozuna görə, 2027-ci ildə Brent markalı neftin bir barelinin orta qiyməti 85,78 dollar səviyyəsində qərarlaşacaq.