Cenubtv.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İsrail hərbçilərinə İrana qarşı hərbi əməliyyatların yenidən başlaya biləcəyini çatdırıb.

İsrailin Kan dövlət teleradio şirkətinin yaydığı məlumata əsasən, tərəflər arasında bu istiqamətdə müvafiq hazırlıqların görülməsinin vacibliyi müzakirə olunub.

Bildirilir ki, oxşar xəbərdarlıq siqnalları təhlükəsizlik kanalları vasitəsilə Fars körfəzi ölkələrinə də göndərilib.

Qeyd edək ki, yayılan bu məlumatlar ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatların bərpasına ehtiyac duymadığı barədəki əvvəlki açıqlamaları ilə ziddiyyət təşkil edir.