Cenubtv.az xəbər verir ki, 2027-ci ildə uşağın dünyaya gəlməsinə görə verilən birdəfəlik və üç yaşınadək uşaqlara qulluqla əlaqədar aylıq sosial müavinətlərin məbləğinin nəzərəçarpacaq dərəcədə artırılması planlaşdırılır.

Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin üç komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı qeyd edib.

Deputat vurğulayıb ki, vətəndaşların sosial təminatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir və qarşıdakı ildə də büdcə sosialyönümlü xarakter daşıyacaq.

Bundan əlavə, həmin büdcədən məişət zorakılığı, insan alveri və erkən nikah qurbanları, eləcə də sağlamlıq imkanları məhdud azyaşlılar və onların ailələri üçün dəstək tədbirlərinə vəsait ayrılıb.