Pakistan XİN başçısı ABŞ-İran razılaşmalarının TƏFƏRRÜATINI AÇIQLADI
“ABŞ və İran aparılan danışıqlar çərçivəsində Tehranın sərəncamında olan uran ehtiyatlarının zənginləşdirilməsi səviyyəsinin azaldılması barədə razılığa gəliblər”.
Cənubtv.Az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Səudiyyə Ərəbistanının “Al Arabiya” telekanalına müsahibəsində bəyan edib.
“ABŞ İranın nüvə ehtiyatlarının ölkədən çıxarılmasını tələb edirdi, lakin biz zənginləşdirmə səviyyəsinin azaldılması barədə qərara gəldik”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, İranın nüvə ehtiyatları “hələ də yerin altındadır”. O, həmçinin qeyd edib ki, Vaşinqton və Tehran diplomatiyanın yeganə çıxış yolu olduğu qənaətinə gəliblər. Bundan əlavə, İran yaxın 60 gün ərzində Hörmüz boğazından keçən gəmilər üçün tranzit rüsumları tətbiq etməyəcək.
İ.Dar əlavə edib ki, ABŞ və İran arasındakı danışıqlar çərçivəsində yaradılmış üç texniki qrup Tehranın nüvə proqramını, Livandakı vəziyyəti və İranın aktivlərinin dondurulmasının ləğvini müzakirə edir. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasındakı danışıqlarda üç profil qrupu iştirak edir.
Pakistan XİN rəhbəri İsrailin Livandakı hərəkətlərini “təxribat xarakterli” adlandırıb və onlara son qoymağa çağırıb. O, həmçinin misirli, səudiyyəli və türkiyəli həmkarları ilə Qəzza zolağındakı münaqişənin nizamlanması məsələsini “yenidən canlandırmaq” barədə razılığa gəldiyini diqqətə çatdırıb.
Xatırladaq ki, bu gün İsveçrədə Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar keçirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
İranda daha bir etirazçı edam edildi – FOTO
İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan "Mizan Online" 2026-cı ilin yanvarında saxlanılan etirazçı Məcid Adinənin dar ağacından asıldığını açıqlayıb. Cenubtv.Az bu...
Əməkdar jurnalist Nurani dəfn olundu – FOTO
Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) dəfn edilib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa...
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb – VİDEO
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Perm diyarı üzrə İdarəsi rüşvətxorluqda vasitəçilik təklif etməkdə şübhəli bilinən əcnəbi vətəndaşın saxlanıldığını bildirib. Cenubtv.Az Rusiya...
Anar Nəcəfliyə yeni VƏZİFƏ VERİLDİ
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfliyə yeni vəzifə verilib. Cenubtv.Az xəbər verir ki, o, yeni yaradılan...
Xocavənddə mina partlayışı: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI
Xocavənddə mina partlayışında xəsarət alan şəxs xəstəxanadan evə buraxılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Cenubtv.Az-ın sorğusuna cavab olaraq bildirilib ki,...
Yol bərbad, su problemi, ətraf zibillik: Sabunçuda sakinlərdən ŞİKAYƏT – VİDEO
Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsinin sakinləri ərazidəki problemlərdən narazıdırlar. Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yol uzun...
Average Rating