15 yaşlı Əli toyu yasa çevirdi – Meyiti şadlıq sarayına yaxın çayda tapıldı
Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.
Bu barədə Cenubtv.az-a istinadən Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bərdədə 15 yaşlı yeniyetmə Tərtər çayında boğulub. Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.
Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.
İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində toyda iştirak edib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
“İşə getsən, səni öldürəcəyəm” dedi, arvadını baltaladı – Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Ağdamda həyat yoldaşını baltalamaqda təqsirləndirilən Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Yaşma bağları ərazisində yerləşən fərdi...
Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı
Şəmkirdə əkiz qardaşlar arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il...
Tovuzda qadın dəm qazından boğularaq öldü
Tovuzda dəm qazından zəhərlənmə ölümlə nəticələnib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon...
Bakıda avtomobillər toqquşdu: BYD aşdı – Video
Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı "BYD" və "Toyota" markalı avtomobillər toqquşub. Toqquşma...
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var – Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili...
Average Rating