Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Cenubtv.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma yeni yaşayış kompleksi barədə məlumat verilib.
Bildirilib ki, Şuşa şəhərində dördüncü yaşayış kompleksinin layihəsi çərçivəsində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi 6.2 hektardır. Ümumilikdə yaşayış kompleksində 274 mənzilin inşası planlaşdırılır. Binalarda bir, iki, üç, dörd və beşotaqlı mənzillər olacaq. Yaşayış kompleksinin ərazisində zəruri sosial infrastruktur yaradılacaq.
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub-saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1 409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb.
Qeyd edək ki, indiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Onların sırasına mehmanxana, ofis binaları və digər obyektlərin tikintisi daxildir.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azərbaycan mətbuatı inkişafın yeni mərhələsində 151 illik yol
Mətbuat – milli yaddaşın, ictimai fikrin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayan əsas təsisatdır. Azərbaycan milli mətbuatının əsası 1875-ci...
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
İlham Əliyev: “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür” – VİDEO
"Bu gün bizim qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür". Cənubtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri...
Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb. Oxu.Az xəbər verir ki, "BakıKart"ın yaydığı məlumata görə, iyulun 1-dən kartın...
Cəlilabad rayonunun şəhid olmuş 50 hərbi qulluqçusu təltif olunub
Cəlilabad rayonundan olan 50 şəhid hərbi qulluqçu təltif edilib Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 25 iyun...




Average Rating