Ehtiyatsızlıqdan açılan atəşin qurbanı Pərvanənin anası: “İstəyirik, Fəqan gəlsin balalarının yanına” – FOTO
Ehtiyatsızlıqdan baş verən dəhşətli hadisə nəticəsində üç körpənin valideyn qayğısından məhrum qalması ilə bağlı bu gün məlumat vermişdik. Bədbəxt hadisə ilə üzləşən ailənin üç övladının ata qayğısından məhrum olmaması üçün hər iki tərəf aidiyyəti qurumlara müraciət edib.
Təqsirləndirilən şəxsin, anasının, qardaşının fikirlərini bölüşdükləri videosüjeti artıq izləmisiniz.
Cenubtv.az oxu.az-a istinadən bildirir ki Oxu.Az-ın əməkdaşına ehtiyatsızlıqdan törədilən cinayətin qurbanı olan Pərvanə Əhmədovanın anası Mətanət Quliyeva da nəvələrinin atasız böyüməsini istəmədiyini deyir:
“Onlar çox gözəl ailə olublar. O, gözəl insan olmasa, mən heç bu işin ardınca da düşməzdim. Anadan onsuz da yetim qalıblar, heç olmasa, atadan ayrı qalmasınlar. 30 may 2021-ci ildə, həftənin 6-cı günü belə bir hadisə baş verib. Hadisədən qabaq mənimlə danışıb, hal-əhval tutmuşdu. Hər şey qaydasında idi. Mənə dedi ki, pandemiyadır, evə tez gedim. Nigaran qalırdı məndən. Çox gözəl övlad, ana, həyat yoldaşı idi.
Hamı bilir, mən də bilirəm ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Balanın yaxşı olmağı ananın fəxr yeridir. Pərvanə mənim böyük övladım olub, onunla həmişə fəxr etmişəm. Yoldaşı da çox gözəl inşandır, ailəsi üçün də gözəl ailə başçısı olub. Allah heç bir anaya belə bala dərdi göstərməsin. Ondan başqa mənim iki qızım, bir oğlum da var.
Bizim Fəqandan (Pərvanənin həyat yoldaşı Fəqan Əhmədov – red.) heç bir şikayətimiz yoxdur, istəyirik ki, gəlsin, balalarının üstündə dursun. Yenə gəlsə, mənim ona hörmətim var. Qısqanclıq olmayıb, problem, narahatlıq olmayıb. Fəqan çox gözəl ailə başçısı olub, Allah yolunu açsın”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Hacıqabulda ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların vəziyyəti açıqlandı – ADLAR
Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyətləri orta ağır qiymətləndirilir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən...
Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub
Sumqayıtda beş minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, qəza Sülh prospektində qeydə...
Bakıda baş vermiş güclü YANĞIN söndürüldü – FOTO – VİDEO
Bakının Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində obyektdə baş vermiş yanğın tam söndürülüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə...
“Gənclik Mall”da yanğın HƏYƏCANI – SON DURUM – VİDEO
"Gənclik Mall"dakı yanğın həyəcanı ilə əlaqədar ticarət mərkəzinin sosial media hesablarında məlumat paylaşılıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, həmin...
Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR – FOTO – VİDEO
Şəki rayonunun Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verən faciə ilə bağlı detallar məlum olub. Cenubtv.Az "Report"a...
Cəlilabadda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb – FOTO
Cəlilabad rayonunda irigövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon...
Average Rating