Ehtiyatsızlıqdan açılan atəşin qurbanı Pərvanənin anası: “İstəyirik, Fəqan gəlsin balalarının yanına” – FOTO
Ehtiyatsızlıqdan baş verən dəhşətli hadisə nəticəsində üç körpənin valideyn qayğısından məhrum qalması ilə bağlı bu gün məlumat vermişdik. Bədbəxt hadisə ilə üzləşən ailənin üç övladının ata qayğısından məhrum olmaması üçün hər iki tərəf aidiyyəti qurumlara müraciət edib.
Təqsirləndirilən şəxsin, anasının, qardaşının fikirlərini bölüşdükləri videosüjeti artıq izləmisiniz.
Cenubtv.az oxu.az-a istinadən bildirir ki Oxu.Az-ın əməkdaşına ehtiyatsızlıqdan törədilən cinayətin qurbanı olan Pərvanə Əhmədovanın anası Mətanət Quliyeva da nəvələrinin atasız böyüməsini istəmədiyini deyir:
“Onlar çox gözəl ailə olublar. O, gözəl insan olmasa, mən heç bu işin ardınca da düşməzdim. Anadan onsuz da yetim qalıblar, heç olmasa, atadan ayrı qalmasınlar. 30 may 2021-ci ildə, həftənin 6-cı günü belə bir hadisə baş verib. Hadisədən qabaq mənimlə danışıb, hal-əhval tutmuşdu. Hər şey qaydasında idi. Mənə dedi ki, pandemiyadır, evə tez gedim. Nigaran qalırdı məndən. Çox gözəl övlad, ana, həyat yoldaşı idi.
Hamı bilir, mən də bilirəm ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Balanın yaxşı olmağı ananın fəxr yeridir. Pərvanə mənim böyük övladım olub, onunla həmişə fəxr etmişəm. Yoldaşı da çox gözəl inşandır, ailəsi üçün də gözəl ailə başçısı olub. Allah heç bir anaya belə bala dərdi göstərməsin. Ondan başqa mənim iki qızım, bir oğlum da var.
Bizim Fəqandan (Pərvanənin həyat yoldaşı Fəqan Əhmədov – red.) heç bir şikayətimiz yoxdur, istəyirik ki, gəlsin, balalarının üstündə dursun. Yenə gəlsə, mənim ona hörmətim var. Qısqanclıq olmayıb, problem, narahatlıq olmayıb. Fəqan çox gözəl ailə başçısı olub, Allah yolunu açsın”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating