Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi geri qaytarılır…” – Paşinyan Brüsseldə küncə sıxılıb?

Read Time:1 Minute, 9 Second
2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin rəsmi İrəvan bu günə kimi həmin bəndi yerinə yetirməyib.Qazaxın 7 kəndinin taleyi hələ də müəmmalı olaraq qalmaqdadır. Görəsən, bir neçə gün öncə Brüsseldə Əliyev və Paşinyan arasındakı danışıqlardan sonra bu məsələ həllini tapa bilərmi? Dia.az-ın məlumatına görə, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Gundem.az-a açıqlamasında vurğulayıb ki, sözügedən məsələ Ermənistanın öhdəliyinə daxildir.

Parlamentari qeyd edib ki, Ermənistan dəfələrlə müvafiq sənədləri imzalayaraq bu öhdəlikləri üzərinə götürüb, ona görə də sözügedən kəndlərin qaytarılmasını yerinə yetirməlidir:

“Danışqlar növbəti dəfə Brüsseldə baş tutdu. Ancaq İrəvan bu dəfə də üzərinə düşənlərdən boyun qaçırmağa çalışacaq. Lakin gec-tez İrəvanı məcbur edəcəklər ki, sərhədlərin delimitasiyası və demarkasiyası sonlandırılsın və qalan ərazilər Azərbaycana qaytarılsın”.

Orta Doğu Araşdırma Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Paşinyan Brüsseldəki görüşün yekunlarına dair çıxışında Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı danışıb:

“Paşinyan həmin kəndlərin adını çəkmədən bildirmişdi ki, işğal altında saxladıqları Azərbaycan kəndləri ilə bağlı məsələ müzakirə olunacaq və onlar geri qaytarılacaq. Hesab edirəm ki, iki ölkə arasında sülh sazişi imzalanarsa və ərazi bütövlüyünün təmin olunması məsələsi başlıca mövzu olaraq gündəlikdə durarsa, o zaman adıçəkilən kəndlərin Azərbaycana qaytarılması təmin olunacaq. Əks halda sülh sazişi yarımçıq qalar, yaxud da tərəflərdən birinin digərinə qarşı iddiası təmin olunmaz”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Əmrullayevin bu təhsil müdirindən XƏBƏRİ VARMI? – İTTİHAM!
Next post Göyçayda qanunsuz narkotik satışına görə 6 nəfər həbs edilib
Плакови протези – това са подвижни ортопедични конструкции, които се поставят на място на изгубените зъби. De bedste action oplevelse tilbud i viborg. Triumph unserer jugendfeuerwehr perwenitz bei der kreismeisterschaft 2025 !.