Qara dənizdə batan gəmidən azərbaycanlıların xilasedilmə GÖRÜNTÜLƏRİ
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu “Svetoslava” adlı quru yük gəmisi batma təhlükəsi ilə üzləşib. Gəminin göyərtəsindəki 13 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib.
Bu barədə Cənubtv.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində batan gəminin ekipajı Sahil Mühafizəsi qruplarının sürətli müdaxiləsi sayəsində xilas edilib.
Xilasetmə görüntülərini təqdim edirik:
Qeyd edək ki, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub.
Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu “Svetoslava” adlı quru yük gəmisinin batdığı iddia edilir.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi məlumat yayıb.
Bildirilib ki, “Cunda” şirkətinə məxsus, Palau bayrağı altında üzən “Svetoslava” adlı quru yük gəmisi gecə saatlarında Türkiyənin Samsun limanından Moldovanın Curculesti limanına gedərkən naməlum şəraitdə batıb.
Məlumata görə, gəmidə 11 Azərbaycan, bir Türkiyə və bir Rusiya vətəndaşı olub. Sahil təhlükəsizlik qüvvələrinin vaxtında köməyə çatması nəticəsində gəmidə olanların hamısı xilas olunub.
Həmçinin, xilas edilən dənizçilərin xəstəxanaya yerləşdirildiyi və vəziyyətlərinin qənaətbəxş olduğu qeyd edilib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Cəlilabadda içməli su xəttində qəza baş verdi
Cəlilabad rayonunda içməli su xəttində qəza baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Cəlilabad-Uzuntəpə yolunun Uzuntəpə kəndi ərazisindən...
Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı...
Average Rating