Gəncin kanalizasiyaya düşüb öldüyü ərazidə NÖVBƏTİ TƏHLÜKƏ – VİDEO
Paytaxtın Binəqədi rayonunda, “Baksol yolu” kimi tanınan ərazidə yenidən çökmə baş verib.
Baku TV-nin ərazidə olan əməkdaşının verdiyi məlumata görə, asfalt örtüyündə yaranan deformasiya sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Çökəklik hazırda kiçik görünsə də, onun genişlənərək daha ağır nəticələrə səbəb ola biləcəyi istisna deyil.

Qeyd edək ki, ötən il həmin ərazinin yaxınlığında baş verən analoji hal faciə ilə nəticələnmişdi. Yer səthinin qəfil çökməsi nəticəsində kanalizasiya kollektoruna düşən 29 yaşlı Cümşüd Cümşüdlü həyatını itirmişdi.
Hadisədən sonra aidiyyəti qurumlar çökmənin səbəbi kimi yolun altından keçən köhnə kommunikasiya xətlərini, kollektorun vəziyyətini və mühafizə zonasındakı problemləri göstərmişdilər. Lakin aradan bir il keçməsinə baxmayaraq, ərazidə problemin tam həll olunmadığı görünür.
Hər gün yüzlərlə avtomobilin və çoxsaylı piyadanın istifadə etdiyi yolda yaranan yeni çökəklik təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda avtobus ağaca çırpıldı: 10-dan çox yaralı var – VİDEO
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində marşrut avtobusu ağır qəza törədib. Cənubtv.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, 113 nömrəli müntəzəm marşrut...
Sabunçuda ağır QƏZA: Ölən və yaralanan var
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cənubtv.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı...
Bakıda oğurluğa görə işdən qovulan sürücü mağazanı yandırdı
Bakıda işdən çıxarılan sürücü işlədiyi mağazanı yandırıb. Cənubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində...
Kiyevə hücum nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI
Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı zərbələr nəticəsində həlak olanların sayı artaraq 20-yə çatıb. Cənubtv.Az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi...
ABŞ-də faciə: Atasının maşında unutduğu uşaq istidən ölüb
ABŞ-nin Florida ştatında günəş altında park edilmiş avtomobildə uşağın cəsədi tapılıb. Uşağın atası onu uşaq bağçasına apararkən səhvən maşında unudub....
Biləcəridə yanğın baş verib
Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsində yanğın baş verib. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00-da baş...
Average Rating