Gəncin kanalizasiyaya düşüb öldüyü ərazidə NÖVBƏTİ TƏHLÜKƏ – VİDEO
Paytaxtın Binəqədi rayonunda, “Baksol yolu” kimi tanınan ərazidə yenidən çökmə baş verib.
Baku TV-nin ərazidə olan əməkdaşının verdiyi məlumata görə, asfalt örtüyündə yaranan deformasiya sürücülər və piyadalar üçün ciddi təhlükə yaradır. Çökəklik hazırda kiçik görünsə də, onun genişlənərək daha ağır nəticələrə səbəb ola biləcəyi istisna deyil.

Qeyd edək ki, ötən il həmin ərazinin yaxınlığında baş verən analoji hal faciə ilə nəticələnmişdi. Yer səthinin qəfil çökməsi nəticəsində kanalizasiya kollektoruna düşən 29 yaşlı Cümşüd Cümşüdlü həyatını itirmişdi.
Hadisədən sonra aidiyyəti qurumlar çökmənin səbəbi kimi yolun altından keçən köhnə kommunikasiya xətlərini, kollektorun vəziyyətini və mühafizə zonasındakı problemləri göstərmişdilər. Lakin aradan bir il keçməsinə baxmayaraq, ərazidə problemin tam həll olunmadığı görünür.
Hər gün yüzlərlə avtomobilin və çoxsaylı piyadanın istifadə etdiyi yolda yaranan yeni çökəklik təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Sabirabadda iki avtomobil toqquşub: Xəsarət alanlar var – FOTO – VİDEO
Sabirabadda avtoqəzada dörd nəfər xəsarət alıb. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən...
Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Cenubtv.Az Oxu.Az -a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib....
Samuxda kanalda batan 12 yaşlı oğlanın meyiti sudan çıxarıldı
Samux rayonunda kanalda batan 2014-cü il təvəllüdlü Mirmusa Musayevin meyiti sudan çıxarılıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Şəmkir Su...
Rusiyada 15 yaşlı yeniyetmə terror aktında şübhəli bilinərək saxlanıldı
Rusiyada 15 yaşlı yeniyetmə dəmir yolunda terror aktı törətməkdə ittiham olunaraq saxlanılıb. Cenubtv.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin...
Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürüb
Gənc müəllim bədbəxt hadisə nəticəsində ölüb. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Salyan rayon sakini, 28 yaşlı Tarıverdi Haqverdiyev Hüseyn oğlunu...
Bərdədə zəncirvari QƏZA: Xəsarət alanlar var
Bərdədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İlkin məlumata görə,...
Average Rating