ABŞ-nin maliyyə naziri İrandan neft alan yeganə ölkənin adını çəkdi
“Hazırda İrandan neft alan yeganə ölkə Çindir. Digər dövlətlər isə ABŞ-nin Tehrana qarşı sanksiyalarının yenidən sərtləşdirilməsi ehtimalından ehtiyat edirlər”.
Cənubtv.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində bildirib.
“Yalnız Çinin bu nefti alması olduqca maraqlıdır. Üstəlik, onlar bunu İran neftinə sanksiyalar tətbiq olunduğu dövrdə də edirdilər”, – deyə nazir qeyd edib.
Bessentin sözlərinə görə, İran Çinə nefti endirimli qiymətlə satır. O iddia edib ki, potensial alıcılar ABŞ-nin sanksiyalarına məruz qalmaqdan ehtiyat etdikləri üçün İran neftini almaqdan imtina edirlər.
“Məhz bu səbəbdən iranlılar hazırda ABŞ ilə danışıqlar aparırlar”, – deyə o əlavə edib.
Xatırladaq ki, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) avqustun 21-dək iranmənşəli neft, neft-kimya məhsulları və neft məhsullarının istehsalı, satışı, tədarükü və daşınması ilə bağlı bir sıra əməliyyatları, o cümlədən sanksiya siyahısında olan gəmilərin iştirakı ilə həyata keçirilən əməliyyatları sanksiya rejimindən müvəqqəti azad etdiyi məlum olub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Gəncədə iki avtomobil toqquşub. Cenubtv.Az Oxu.Az -a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Yeni Gəncə yaşayış massivi ərazisində baş verib....
Xırdalanın Şərq küçəsində infrastruktur problemi: Sakinlər həll gözləyirlər – VİDEO
Xırdalan şəhərinin Şərq küçəsində yolun bərbad vəziyyətdə olması sakinlərin ciddi narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, küçənin asfalt örtüyü uzun...
Moldovada naməlum uçuş aparatı partlayıb
Moldovanın cənubundakı Ştefan-Vodə rayonunun Talmaza kəndindən təxminən 3 kilometr məsafədə naməlum uçuş aparatı yerə düşərək partlayıb. Cenubtv.Az xəbər verir ki, bu...
Ceki Çanın Azərbaycandakı film çəkilişləri başa çatdı – FOTO
"Tanrının yaraqları 4: Ultimatum" filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb. Bu, ölkəmizdə indiyə qədər reallaşdırılmş ən irimiqyaslı...
Vahid Mirzəyev: “Artan büdcə gəlirləri yeni layihələrə geniş imkanlar yaradır”
“Məqsədimiz seçicilərimizə layiqincə və şəffaf şəkildə xidmət göstərməkdir. Bu məqsədə çatmaq üçün daim büdcə gəlirlərinin artırılması istiqamətində düşünməli, qanunvericiliyin verdiyi...
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə – VİDEO
Baku TV-nin qaynar xəttinə "Xalq 11" lizinq şirkəti barədə şikayət daxil olub. Şikayətçi Murad Qədimov bildirir ki, 2025-ci ildə "Xalq...
Average Rating