ABŞ-nin maliyyə naziri İrandan neft alan yeganə ölkənin adını çəkdi
“Hazırda İrandan neft alan yeganə ölkə Çindir. Digər dövlətlər isə ABŞ-nin Tehrana qarşı sanksiyalarının yenidən sərtləşdirilməsi ehtimalından ehtiyat edirlər”.
Cənubtv.Az xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində bildirib.
“Yalnız Çinin bu nefti alması olduqca maraqlıdır. Üstəlik, onlar bunu İran neftinə sanksiyalar tətbiq olunduğu dövrdə də edirdilər”, – deyə nazir qeyd edib.
Bessentin sözlərinə görə, İran Çinə nefti endirimli qiymətlə satır. O iddia edib ki, potensial alıcılar ABŞ-nin sanksiyalarına məruz qalmaqdan ehtiyat etdikləri üçün İran neftini almaqdan imtina edirlər.
“Məhz bu səbəbdən iranlılar hazırda ABŞ ilə danışıqlar aparırlar”, – deyə o əlavə edib.
Xatırladaq ki, iyunun 22-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) avqustun 21-dək iranmənşəli neft, neft-kimya məhsulları və neft məhsullarının istehsalı, satışı, tədarükü və daşınması ilə bağlı bir sıra əməliyyatları, o cümlədən sanksiya siyahısında olan gəmilərin iştirakı ilə həyata keçirilən əməliyyatları sanksiya rejimindən müvəqqəti azad etdiyi məlum olub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
Səbuhi Məmmədov və Arzu Musayeva həbs olundu – 300 nəfərdən çox zərərçəkən var
Son aylarda ölkənin virtual məkanında “*Ponzi*” sxemi əsasında fəaliyyət göstərən “*Any Unboxing*” adlı onlayn maliyyə dələduzluq piramidası vasitəsilə vətəndaşların pul...
Çəyirtkə sürüsü Abşeron yarımadasını niyə basıb? – FOTO – VİDEO
Abşeron yarımadası ərazisində yayılan çəyirtkə Misir çəyirtkəsinə bənzəyir". Cənubtv.Az Oxu.Az-a istinadən bildiri ki, Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı biologiya...
Tbilisi–Bakı qatarına alınan biletlərin statusunun “etibarsız” görünməsinin SƏBƏBİ
Tbilisi-Bakı istiqamətində qatar bileti alan bəzi sərnişinlər Azərbaycan Dəmir Yollarının (ADY) onlayn bilet sistemində problemlə üzləşdiklərini bildirirlər. Bu barədə Cənubtv.Az...
“Yeddi daş”dan sosial şəbəkəyə yuvarlanan uşaqlıq
Samir İsayev yazır... Parlament sosial şəbəkədə yaş məhdudiyyətinin tətbiqi ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Vətəndaşların əksəriyyəti bu...
Average Rating