Moskvaya misli görünməmiş PUA hücumu – DƏHŞƏTLİ KADRLAR

Read Time:1 Minute, 18 Second

Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya PUA-larla aramsız zərbələr endirib.

Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin özünün sosial şəbəkə hesablarında məlumat yayıb.

Hücumun miqyası o qədər geniş olub ki, bir neçə dron Moskvanın strateji əhəmiyyətli neft emalı zavoduna (NEZ) qədər çata bilib. Sözügedən müəssisə paytaxtın yanacaq tələbatının təxminən 40%-ni ödəyən həyati vacib infrastruktur obyektidir.

Merin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri ardı-arası kəsilməyən zərbələri dəf etməyə davam edir. Hazırda hücumun fəsadlarının aradan qaldırılması üçün təcili tədbirlər görülür. Dron qalıqlarının düşdüyü ərazilərdə operativ xidmətlərin mütəxəssisləri yüksək hazırlıq rejimində çalışırlar.

Rusiya mediası, xüsusən də TASS agentliyi bildirir ki, bu, son iki il ərzində, yəni hərbi əməliyyatların aktiv fazası başlanandan bəri Moskvaya edilən ən irimiqyaslı PUA hücumudur.

Hərbi analitiklər bu insidenti Ukraynanın cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqdakı strateji hədəfləri vurmaq qabiliyyətinin ciddi şəkildə artmasının göstəricisi kimi qiymətləndirirlər.

Rusiyanın “Telegram” kanalları qeyd edirlər ki, Kapotnya və qonşu rayonların sakinləri NEZ ətrafında eyni anda bir neçə güclü tüstülənmə ocağı müşahidə ediblər.

Paytaxtın Nəqliyyat Departamenti hücumdan dərhal sonra Moskvanın cənub-şərqində bir sıra küçələrdə, o cümlədən paytaxtın dairəvi avtomobil yolunda hərəkətin məhdudlaşdırıldığını elan edib. Bundan əlavə, təhlükəsizlik məqsədilə Kapotnya rayonunda avtobus marşrutlarının xətləri müvəqqəti olaraq dəyişdirilib.

Hücum Rusiya paytaxtının hava nəqliyyatını da tamamilə iflic vəziyyətinə salıb. Paytaxtın bütün hava limanları fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, nəticədə 250-yə yaxın aviareys gecikib.

Ən böyük hava limanlarından biri olan “Şeremetyevo”da isə vəziyyət daha kritik xarakter alıb – sərnişinlər, o cümlədən təyyarənin göyərtəsində uçuş gözləyənlər təcili olaraq yeraltı sığınacaqlara təxliyə ediliblər, hava limanının girişləri isə təhlükəsizlik təmin edilənə qədər bağlanıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu – VİDEO
Next post DÇ-2026: Qrup mərhələsinin ikinci turu başlayır
Home » zodiac tv global. Over time, games evolved to include board games like chess and go, which were enjoyed by people of all ages and backgrounds. 2v 4000mah rechargeable battery.