Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu – VİDEO
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan “Sadovod” da zərər görüb.
Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat yayıb.
Merin sözlərinə görə, hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti nəticəsində vurulan dronlardan birinin qalıqları “Sadovod” ticarət kompleksinin binalarından birinə ziyan vurub:
“Ticarət mərkəzinin ərazisinə qalıqların düşməsi nəticəsində binalardan birində kiçikmiqyaslı dağıntılar qeydə alınıb. İnsident nəticəsində xəsarət alan yoxdur. Hazırda qalıqların düşdüyü yerdə bütün operativ və fövqəladə hallar xidmətləri aktiv şəkildə işləyir”.
Qeyd edək ki, ümumi sahəsi on hektarlarla ölçülən, Rusiya iqtisadiyyatında mühüm rol oynayan və gündəlik onminlərlə insanın ziyarət etdiyi məşhur “Sadovod” ticarət kompleksi “Kiyevskaya ploşad” (Kiyev meydanı) şirkətinə məxsusdur. Bu nəhəng holdinqin ortaq sahibləri isə əslən Azərbaycandan – Quba rayonunun Qırmızı qəsəbəsindən olan tanınmış milyarderlər, Rusiyanın kommersiya daşınmaz əmlak bazarının liderləri Qod Nisanov və Zarah İliyevdir.
Xatırladaq ki, onların rəhbərlik etdiyi şirkət uzun illərdir ki, ən çox gəlir gətirən daşınmaz əmlakların reytinqində birinciliyi əldən vermir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kişi 14 yaşlı oğlanı pul vədi ilə oğurluğa cəlb etdi
Bakıda yetkinlik yaşına çatmayan şəxsi cinayətə cəlb edən şəxs həbs olunub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu...
Bakı-Sumqayıt yolunda qəza – Video
Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki hadisə nəticəsində 90-SA-758 dövlət qeydiyyat nişanlı minik avtomobilinə...
Fransada iğtişaşlar: Polislər xəsarət aldılar, saxlanılanlar var – Video
Fransanın mərkəzi hissəsində yerləşən Sen-Pyer-de-Kor kommunasında baş verən iğtişaşlar zamanı səkkiz polis əməkdaşı xəsarət alıb, beş nəfər saxlanılıb. Cenubtv.Az BFMTV...
Cəlilabadda zəncirvari qəza: Biri azyaşlı olmaqla üç yaralı var – Foto
Cəlilabad şəhərində ağır yol qəzası baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb....
Moskvaya ən kütləvi dron hücumu olub: Ölənlər var – Video
Hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Moskvaya edilən ən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumunu dəf edib. Cenubtv.Az xəbər...
Azyaşlı uşaq ölümdən son anda döndü – Anbaan VİDEO
Bakıda skuter sürən azyaşlının iştirakı ilə təhlükəli anlar yaşanıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü...
Average Rating