Türkiyədə dəhşətli qətl: Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
Türkiyənin Hakkari vilayətinin Şemdinli rayonunun Beşevler məhəlləsində dəhşətli ailə faciəsi baş verib.
Cənubtv.az-a istinadən Oxu.Az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Məlumata görə, hərbçi (uzman çavuş) olan M.G. qayınatasının evinə silahlı basqın edib. O, hələlik məlum olmayan səbəbdən evdə olan qayınanası H.D.-ni, qaynı G.D.-ni, baldızı D.D.-ni və həyat yoldaşı G.G.-ni odlu silahla qətlə yetirib.
Hadisədən sonra M.G. özünə qəsd etməyə cəhd göstərib. Ağır yaralanan şəxs xəstəxanaya çatdırılıb.
Məlumata görə, M.G. Aktütün kəndində qeydiyyatdadır.
Hadisə yerinə çoxsaylı polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə geniş təhlükəsizlik tədbirləri həyata keçiriblər. Faktla bağlı hərtərəfli araşdırmalara və istintaq hərəkətlərinə başlanılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Goranboyda ata qızını öldürən kürəkəni bağışladı
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb. Cənubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki,...
Binəqədidə maşından meyit tapıldı
Bakı şəhəri, Binəqədi qəsəbəsində nəqliyyat vasitəsindən meyit tapılıb. Cənubtv.Az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini 45 yaşlı Zahid Gülsevər oğlu...
Azərbaycanlı milyarderlərin Moskvadakı bazarı PUA ilə vuruldu – VİDEO
Rusiyanın paytaxtı Moskvaya PUA hücumu zamanı ölkənin ən böyük ticarət mərkəzlərindən biri olan "Sadovod" da zərər görüb. Cənubtv.az Oxu.Az-a istinadən xəbər...
Maştağada 62 yaşlı kişi faciəli şəkildə öldü
Bakıda 62 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb. Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 16-sı saat 17 radələrində...
Azərbaycanda tanınmış vəkilin qızının faciəli ölümünün ANBAAN VİDEOSU
Azərbaycanda tanınmış vəkil Fərhad Mehdiyevin 17 yaşlı qızı Zəhra Mehdizadənin öldüyü qəzanın anbaan görüntüləri yayılıb. Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki,...
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” – VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış "Mercedes" markalı avtomobilə...
Average Rating