Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: “Nasaz maşını niyə sürürsən axı?!” – VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış “Mercedes” markalı avtomobilə çırpılıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdizadə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zəhra Mehdizadə tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır.
Mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
“Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı, bəlkə də, ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi. Çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi”, – Fərhad Mehdiyev deyib.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Previous post
Trampdan İrana sərt XƏBƏRDARLIQ: “60 gün ərzində razılaşmasaq, yenidən bombalayacağıq”
More Stories
Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var
Lənkəran rayonunun Liman şəhəri ərazisində "KIA Ceed" və "Opel" markalı avtomobillər toqquşub. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi...
Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı artdı – VİDEO
Rusiyanın Kiyevə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 17 nəfər çatıb. Cenubtv.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün...
Buzovnadakı dəhşətli qəzada ölən Elmirin GÖRÜNTÜLƏRİ
Ötən gün Bakının Buzovna qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Elmir Qismət oğlu Həsənovun idarə etdiyi "Opel" markalı 01-CO-753 dövlət...
Bakı-Qazax yolunda ağır qəza: Sürücünün həyat yoldaşı öldü
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində, Hacıqabul rayonunun Pirsaat...
Bilgəhdə FACİƏ: 21 yaşlı oğlan dənizdə batdı
Paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı, dənizdə nəzarətsiz ərazidə bir nəfər batıb. Cenubtv.Az...
Oğul anasını qorumaq istəyərkən öldü – Ailə faciəsinin dəhşətli TƏFƏRRÜATI
Goranboyda 33 yaşlı Elvin Aslanovun qətlə yetirilməsi ilə bağlı yeni təfərrüat məlum olub. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Elvin...
Average Rating