Spirtli içki qəbul edib evini yandıran şəxs ölüb – YENİLƏNİB + FOTO
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.
“Report”-a istinadən Cenubtv.az xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Nurəddin Tarverdi oğlu Allahverdiyev hadisədən üç saat sonra vəfat edib.
Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.
Faktla bağlı araşdırma aparılır.
21:16
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
İlkin məlumata görə, ev sahibi Didivar kənd sakini, 1960-cı il təvvəllüd Nurəddin Tarverdi oğlu Allahverdiyev spirtli içki qəbul etdikdən sonra evini yandırıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb – FOTO
Cəlilabad rayonunda irigövdəli ağacın aşması nəticəsində avtomobilə ciddi ziyan dəyib. Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının rayon...
Aliment ödəməyən kişi keçmiş arvadının avtomobilini yandırdı
Keçmiş arvadına məxsus "KIA Sorento" markalı avtomobili yandıran 46 yaşlı Səfa Seyidova (ad şərtidir) hökm oxunub. Cenubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir...
Beyləqanda ağır qəza: Ata həyatını itirdi, qızı yaralandı
Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayon yolunda qeydə alınıb. Belə...
Türkiyədə azərbaycanlı motosikletçi betonqarışdıran maşının altında qalaraq öldü
Türkiyənin Bodrum şəhərində Azərbaycan vətəndaşı yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub. Cenubtv.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, motosiklet idarə edən 1988-ci...
Bakıda yanğın baş verib – FOTO – VİDEO
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verməsi barədə ilkin məlumat...
Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı
Mənzil almaq adı ilə 15 min manatlıq dələduzluq edən şəxs saxlanılıb. Cenubtv.Az Oxu.Az-a istindən xəbər verir ki, bu barədə...
Average Rating