Cəlilabadda 101 yaşlı seçici Rüstəmova Həcər Ağasalah qızı seçici səs verib.
Rüstəmova Həcər Ağasalah qızı Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biridir. O, Seyidbazar kəndində yaşayır. 101 yaşlı ağbirçəyin 7 övladı, 30 nəvəsi, 58 nəticəsi var. Həmişə olduğu kimi, bu gün də bu ahıl yaşında məsuliyyətlidir. O, 71 saylı Cəlilabad şəhər seçki dairəsinin 23 saylı Seyidbazar seçki məntəqəsi üzrə qeydiyyata alınıb. Həcər nənə səhhətində olan problemə görə məntəqəyə gedə bilmədiyini, seçkidə səs verə bilmək üçün evə daşınan seçki qutusunun gətirilməsi ilə bağlı müraciət etdiyini bildirərək, konstitusion hüququndan istifadə edərək səs verib.
Sonda ona bu şəraiti yaradanlara minnətdarlığını bildirən Həcər nənə deyib: “Sağ olun ki, məni yaddan çıxarmamısınız. Arzum budur ki, yumruq tək birləşib, daim dövlətçiliyimizə sadiq olaq. Allah ölkəmizdəki bu əmin-amanlığı, sabitliyi daimi etsin”.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating