Səsvermə başa çatdı – Sonra nə olacaq?
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatıb.
Oxu.Az bundan sonrakı prosedurlarla bağlı bəzi məqamları təqdim edir.
Konstitusiyanın 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə seçicilərin yarısından çoxu iştirak etdikdə Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır.
Prezident seçkisinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.
Bildirək ki, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gündən gec olmayan müddətdə prezident seçkisinə yekun vurur və nəticələrini təsdiq olunmaq üçün Konstitusiyanın 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edir.
Konstitusiya Məhkəməsinin nəticələr haqqında qərarı qətidir.
Konstitusiya Məhkəməsi prezident seçkisinin yekunları haqqında məlumatı rəsmi elan etdiyi gündən başlayaraq prezident seçilmiş şəxs üç gün ərzində and içir.
Fəaliyyətdə olan Azərbaycan Respublikasının prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə – VİDEO
Baku TV-nin qaynar xəttinə "Xalq 11" lizinq şirkəti barədə şikayət daxil olub. Şikayətçi Murad Qədimov bildirir ki, 2025-ci ildə "Xalq...
Azərbaycanda general vəfat etdi – FOTO
Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzovun vəfatı ilə bağlı başağlığı verib. Cenubtv.Az xəbər verir ki, bu barədə nazirlikdən...
İran ABŞ hərbçilərinin başına mükafat qoydu
İran ordusunun Baş Qərargah rəisi Əmir Hatəmi əsir götürülən və ya öldürülən hər bir ABŞ əsgərinə görə iranlılara mükafat veriləcəyini...
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Cəlilabad rayonunun bir sıra kəndlərində, eləcə də şəhərin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Cenubtv.Az xəbər verir ki, bu...
Ceki Çanın Bakıda film çəkilişlərindən NƏFƏSKƏSƏN GÖRÜNTÜLƏR – VİDEO
Əfsanəvi aktyor Ceki Çanın baş rolunda yer aldığı "Tanrının yaraqları 4: Ultimatum" filminin Azərbaycanda çəkilişləri davam edir. Cenubtv.Az Oxu.Az-aa istinadən xəbər...
Bakıda qanunsuz fəaliyyət göstərən klinikalarda QALMAQAL: “Mənə qanun maraqlı deyil” – VİDEO
Nərimanov rayonu ərazisində yerləşən "Laçın Dental Clinic"də tibbi təhsili olmadığı iddia edilən Aytən Verdiyeva adlı şəxsin stomatoloji fəaliyyət göstərməsi ilə...
Average Rating