Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlandı
Ağdərədə mina partlaması nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, 2005-ci il təvəllüdlü şəxs (kişi) sentyabrın 10-u saat 21:00-da Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Sol diz oynağının əzilməsi, sol baldır nahiyəsinin açıq yaraları diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayıb.
Cənubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Tərtər rayon sakini, 2005-ci il təvəllüdlü Sərxan Bəxtiyar oğlu Rüstəmzadə minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. S.Rüstəmzadə yüngül xəsarət alıb.
Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azərbaycanda ürək fəaliyyəti dayanmış şəxsin həyatı xilas edilib – Anbaan görüntüsü
Bərdə Rayon Mərkəzi Xəstəxanasında ürək fəaliyyəti dayanmış şəxsin həyatı xilas edilib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tibbi...
Bakıda 18 yaşlı qızın meyiti tapıldı
Bakıda 18 yaşlı qızın meyiti tapılıb. hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Ramana qəsəbə sakini 2008-ci il təvəllüdlü Angela Namid...
Hacıqabulda dəhşət: Rəis müavini faciəli şəkildə öldü
Hacıqabul rayonunda 42 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. hadisə bu gün səhər saatlarında Hacıqabul rayonunun Qarasu kəndində dəmiryol xəttinin...
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Şimali Kiprin Girne sahillərində ölümü nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində 3-ü Azərbaycan vətəndaşı olmaqla...
Hacıqabulda ölümlə nəticələnən AĞIR QƏZA: Yaralıların vəziyyəti açıqlandı – ADLAR
Hacıqabul rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyətləri orta ağır qiymətləndirilir. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən...
Sumqayıtda zəncirvari qəza: Beş avtomobil toqquşub
Sumqayıtda beş minik avtomobilinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, qəza Sülh prospektində qeydə...
Average Rating