Mübariz İbrahimov məzarının başında hərbçi yoldaşları tərəfindən anıldı – FOTO/VİDEO
orpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.
Mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.
Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər.
Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar. M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.
Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub.
Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər, şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Azərbaycan mətbuatı inkişafın yeni mərhələsində 151 illik yol
Mətbuat – milli yaddaşın, ictimai fikrin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayan əsas təsisatdır. Azərbaycan milli mətbuatının əsası 1875-ci...
Cəlilabadda Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümü qeyd olunub
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş tədbir...
İlham Əliyev: “Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür” – VİDEO
"Bu gün bizim qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür". Cənubtv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri...
Bu gündən etibarən “BakıKart” kartlarının satış qiyməti artırılıb
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb. Oxu.Az xəbər verir ki, "BakıKart"ın yaydığı məlumata görə, iyulun 1-dən kartın...
Cəlilabad rayonunun şəhid olmuş 50 hərbi qulluqçusu təltif olunub
Cəlilabad rayonundan olan 50 şəhid hərbi qulluqçu təltif edilib Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 25 iyun...
Average Rating