Sumqayıtda 67 yaşlı kişi spirtli içkidən necə ölüb? – TƏBİB-dən AÇIQLAMA
Sumqayıtda 67 yaşlı kişinin spirtli içkidən zəhərlənərək öldüyü bildirilib. Söhbət Corat qəsəbə sakini, 1957-ci il təvəllüdlü Adil Əliyevdən gedir. Məlumata görə o, ötən axşam komaya düşüb və xəstəxanaya yerləşdirilib. Elə tibb müəssisəsində də ölüb.
Məsələni dəqiqləşdirmək üçün TƏBİB-lə əlaqə saxlanılıb.
TƏBİB-dən Bizim.media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1957-ci il təvəllüdlü (kişi cinsli) şəxs 04.02.2024-cü il tarixində saat 19 radələrində ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
O, alkoqol zəhərlənməsi diaqnozu ilə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq, saat 19:40-da dünyasını dəyişib.
Məlumatda bildirilib ki, şəxsin qəbul etdiyi içki saxta olub və elə bu səbəbdən də komaya düşüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bərdədə tanışı tərəfindən qətlə yetirilən Elnur Rüstəmovun fotoları – Video
Bərdə rayonunun Mollaəhmədli kəndində Elnur Rüstəmovun 30 yaşlı tanışı Cavad Hüseynov tərəfindən öldürüldüyü ehtimal edilir. Cenubtv.Az xəbər verir ki, qətlə...
Bakıda 27 yaşlı kişinin meyiti tapıldı
Bakıda 27 yaşlı kişinin meyiti tapılıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda baş verib. Hacıqabul rayon...
Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində...
Paytaxtda DƏHŞƏT: Dörd uşaq anası boğularaq öldürüldü, əri saxlanıldı
Bakıda qətl hadisəsi olub. Cenubtv.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində qeydə alınıb. 4...
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Təhlükəsizlik kamerasında hadisə gününün görüntüləri – VİDEO
Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qadının qrup halında zorlanması iddiaları ilə bağlı cinayət işində yeni məqamlar üzə çıxıb. Cenubtv.Az...
Beyləqanda güclü YANĞIN: Bir neçə yaşayış məntəqəsində işıq kəsilib
Beyləqan rayonunda elektrik yarımstansiyasında yanğın baş verib. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Daşburun qəsəbəsində qeydə alınıb. Güclü...
Average Rating