Qubada ağır qəza: Ölən şəxsin kimliyi məlum oldu – YENİLƏNİB + VİDEO
Quba rayonunun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobilləri toqquşublar.
Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, onlardan biri vəfat edib.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, vəziyyəti ağır olan 1954-cü il təvəllüdlü Nazif Nəriman oğlu Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Qardaşının sözlərinə görə, mərhum evli olub və iki uşağı var:
“Mənə zəng edib dedilər ki, Şahdağ yolunda qardaşın qəza keçirib, sürücü ilə birlikdə beş nəfər olublar. Gəldim qardaşımın yanına, vəziyyəti yaxşı idi. Sonra qan verməyə getdi, dedilər ki, qardaşın vəfat edib”.
Ətraflı Baku TV-nin süjetində:
11:08
Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun məlumatına görə, rayonun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Zülfüqarov Elzamin Seyfulla oğlu, 1989-cu il təvəllüdlü Balayev Nurlan Cavanşir oğlu, 1985-ci il təvəllüdlü Əlixanov Elnur Ərəstun oğlu, 1954-cü il təvəllüdlü Əliyev Nazif Nəriman oğlu və 1980-cı il təvəllüdlü Süleymanov Qahir Asəf oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Beyləqanda kanalda batan 19 yaşlı qızın meyiti tapıldı
Beyləqanda Qarabağ kanalında batan şəxsin kimliyi məlum olub. Cenubtv.Az "Report"a istinadən xəbər verir ki, kanalda batan şəxs rayon sakini, 19 yaşlı...
Ucarda “Mercedes” qəzaya uğradı: Xəsarət alanlar var
Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var. Cenubtv.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Müsüslü...
İsmayıllıda kanaldan 77 yaşlı kişinin meyiti tapıldı
İsmayıllı rayonunda kanaldan meyit tapılıb. Cenubtv.Az Oxu.Az-a istinadən bildirir ki, hadisə Şirvan kanalının İsmayıllı rayonu ərazisindən keçən hissəsində baş verib....
Muğanlı-İsmayıllı yolunda iki “Toyota” toqquşdu: Xəsarət alanlar var – VİDEO
Muğanlı-İsmayıllı yolunda baş verən qəza ilə bağlı təfərrüat məlum olub. Daxili İşlər Nazirliyindən Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə...
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı – FOTO
Ucarda yük maşını aşıb. Cenubtv.Az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı- Qazax magistralının rayonun Qaracallı kəndindən keçən hissəsində baş...
21 yaşlı oğlan Kür çayında batdı – VİDEO
Mingəçevirdə Kür çayında bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub. Cenubtv.Az xəbər...
Average Rating