Yeni təyin olunan direktor Elnur Azadxanov 1 nömrəli Xəstəxanada və Perinatal Mərkəzdə mövcud vəziyyətlə yerində tanış olub.
Read Time:37 Second
Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov 1 nömrəli Xəstəxanada və Perinatal Mərkəzdə mövcud vəziyyətlə yerində tanış olub.
Yeni təyin olunan direktor Elnur Azadxanov 1 nömrəli Xəstəxananın Təcili yardım, Cərrahiyyə, Reanimasiya, Kardiologiya, Hemodializ, Poliklinika, Radiologiya, Laboratoriya və digər şöbələrin fəaliyyəti ilə maraqlanıb. O, stasionar xidmətlərin həyata keçirildiyi palataların hazırki vəziyyətinə diqqət yetirib. Pasiyentlərin qidalanması üçün nəzərdə tutulmuş yemək rasionlarının çeşid müxtəlifliyi, keyfiyyəti və hazırlanması ilə tanış olub.
Sonra E. Azadxanov Perinatal Mərkəzdə olub. O, xidmət keyfiyyətinin yüksəldilməsi, ana və uşaq sağlamlığının təmin olunmasına diqqətin artırılması, pasiyent məmnunluğunun təmin edilməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyini bildirib.
Direktor müəssisələrdə tibbi personalın bacarıqlarının, fərdi praktik vərdişlərin təkmilləşdirilməsi, eyni zamanda müasir yanaşmaların beynəlxaq standart və protokollara uyğun tibbi xidmətin davamlı təşkili üçün müvafiq tapşırıqlar verib.

Yeni işində uğurlar.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45
Mail:Cenubtv.az@gmail.com
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating