Bakıda iki təhsil müəssisəsindən ŞİKAYƏT: Direktor pul yığır – FOTO
Bakıdakı Məktəb-Lisey Kompleksinin və 267 nömrəli tam orta məktəbin direktorlarından şikayət var.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Valideynlər iddia ediblər ki, Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva pul qarşılığında dərs növbələrini dəyişir:
“Üçüncü sinif rus bölmələrini ikinci növbəyə atır. Səbəb isə Azərbaycan növbəsində olan şagirdlərin əlavə məşğələlərə getməsinə pul qarşılığında şərait yaratmaqdır”.
Eyni zamanda, iddia edilib ki, 267 nömrəli tam orta məktəbin direktoru Rəna Ağazadə uşaqların siniflərini dəyişdirib və təmir üçün valideynlərdən pul tələb edir.
Hər iki məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərin dərs günləri və növbəli iş rejimi müəssisənin layihə tutumu və mövcud təhsilalanların sayı əsasında təhsil müəssisəsinin Pedaqoji Şurasının verdiyi qərara əsasən tənzimlənir:
“Yeni tədris ilində Məktəb-Lisey Kompleksində bütün III siniflər üçün tədris prosesi II növbədə həyata keçiriləcək”.
BŞTİ-dən əlavə edilib ki, 267 nömrəli tam orta məktəblə bağlı qeyd edilən məsələ ilə əlaqədar müvafiq araşdırma aparılacaq:
“Araşdırmanın nəticələri barədə məlumat veriləcək”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating