Şimali Kiprin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi
Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar yazılı açıqlama yayıb.
O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının bundan sonra da Azərbaycanda keçirilən tədbirlərdə dalğalanacağını bildirməsi məni sevindirdi. ŞKTR Şərqi Aralıq dənizində bir millət, üç dövlət anlayışı ilə varlığını davam etdirən bir türk dövlətidir. Azərbaycanla eyni millətin bir hissəsi olaraq ayrılmaz bağlarımızın bundan sonra da qəlb birliyi və ortaq dəyərlərimizlə birlikdə daha da güclənməsi mənim ən böyük arzumdur.
Mən cənab Prezident İlham Əliyevə verdiyi bəyanatlara görə təşəkkür etmək istəyirəm və ümid edirəm ki, qardaşlığımız, əməkdaşlığımız əbədi olacaq”, – deyə Ersin Tatar bildirib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 18 yaşlı gənc çayda boğularaq həyatını itirdi.
https://youtu.be/9w9gymmzBEw
Cəlilabad Rayon Peşə Məktəbində keçirilən “Giləmeyvə Açıq Qapı Günü” tədbiri keçirilmişdir
https://youtu.be/25d-fVy9RuI
Cəlilabadda 28 May-Müstəqillik Gününün 108-ci ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=J7KViWRg2eM
Cəlilabadda Ümummilli Liderin anadan olmasının 103-cü ildönümü qeyd edildi VİDEO
https://youtu.be/3zZuEa4nU1s
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib
https://youtu.be/TbQSFiNINhs
Average Rating