Azərbaycanda yeni milli parklar salınacaq: Ərazilər bəlli oldu
“Son 10 il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Amma yenə də ölkədə yeni milli parkların salınması planlaşdırılır”.
Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda brakonyerlərlə mübarizə istiqamətində atılan addımlardan danışarkən deyib.
O qeyd edib ki, milli parkların, xüsusilə şimal bölgəsində salınması nəzərdə tutulur:
“İlisu, Acınohur ərazilərində milli parkların salınması istiqamətində işlər görülür. Ərazinin seçilməsi təsadüfi deyil. Burada kompakt formada səhra, yarımsəhra, istərsə də yüksək dağlıq ərazilər flora-faunaya təsir edir. Burada mütəxəssislər tərəfindən monitorinqlər, tədqiqatlar aparılır. İşçi qrupunun bu istiqamətdə ilkin görüşləri var, elmi işlər yekunlaşdıqdan sonra yeni milli parkların salınması fikrimiz var.
Eyni zamanda bu gün qoruq statusu daşıyan bəzi qoruqlara da milli park statusunun verilməsini düşünürük. Təbii ki, bir məqamı da qeyd edim ki, milli parkın mövcud olması, yaradılması hər kəsin ora girişinə icazə veriləcək. Yeni yaradılacaq milli parkda da xüsusi turizm marşrutu üzrə turistlərin səfəri nəzərdə tutulacaq. Nəzərdə tutulan məqamlardan biri də xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoloji koridor vasitəsilə bir-birinə birləşdirilməsidir”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Lənkəran meşələrində itkin düşən 8 nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə vətəndaşlar itkin düşüblər. Cənubtv.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi...
Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb – VİDEO
Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs...
Cəbhənin obyektivdə qalan izləri: “Dağıdılmış evinin qarşısında oturan insanı heç vaxt unutmadım” – VİDEO
26 İyun - Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu, qəhrəmanlıq salnaməsini və Vətən uğrunda xidmət göstərən hərbçilərin fədakarlığını...
43 gündür bağlanan magistral: Bakıya gedən sürücülər çətin vəziyyətdə – VİDEO
Bakı-Qazax magistral yolunda bir müddət əvvəl baş verən çökmənin nəticələri hələ də aradan qaldırılmayıb. Hadisə yolun 55-ci kilometrində,...
26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri gününə həsr olunmuş Budo döyüş növləri üzrə seminar və kəmər imtahanı keçirilib
https://www.youtube.com/watch?v=UOUgW5bjuls
Kadir İnanır vəfat etdi
Türk kinosunun ustad sənətkarı Kadir İnanır müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Cənbtv.Az bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir. Bir müddətdir...
Average Rating