Azərbaycanda yeni milli parklar salınacaq: Ərazilər bəlli oldu
“Son 10 il ərzində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi genişləndirilib. Amma yenə də ölkədə yeni milli parkların salınması planlaşdırılır”.
Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fikirləri Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev nazirliyin “Facebook” hesabında yayımlanan “Ekspert saatı”nda brakonyerlərlə mübarizə istiqamətində atılan addımlardan danışarkən deyib.
O qeyd edib ki, milli parkların, xüsusilə şimal bölgəsində salınması nəzərdə tutulur:
“İlisu, Acınohur ərazilərində milli parkların salınması istiqamətində işlər görülür. Ərazinin seçilməsi təsadüfi deyil. Burada kompakt formada səhra, yarımsəhra, istərsə də yüksək dağlıq ərazilər flora-faunaya təsir edir. Burada mütəxəssislər tərəfindən monitorinqlər, tədqiqatlar aparılır. İşçi qrupunun bu istiqamətdə ilkin görüşləri var, elmi işlər yekunlaşdıqdan sonra yeni milli parkların salınması fikrimiz var.
Eyni zamanda bu gün qoruq statusu daşıyan bəzi qoruqlara da milli park statusunun verilməsini düşünürük. Təbii ki, bir məqamı da qeyd edim ki, milli parkın mövcud olması, yaradılması hər kəsin ora girişinə icazə veriləcək. Yeni yaradılacaq milli parkda da xüsusi turizm marşrutu üzrə turistlərin səfəri nəzərdə tutulacaq. Nəzərdə tutulan məqamlardan biri də xüsusi mühafizə olunan təbiət ərazilərinin ekoloji koridor vasitəsilə bir-birinə birləşdirilməsidir”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
17 oktyabr 2026 qəhrəman şəhid Cəfərov Ayxan Camaləddin oğlunun anım günü
17 oktyabr 2026-cı il tarixində qəhrəman şəhidimiz Cəfərov Ayxan Camaləddin oğlunun anım günümərasimi Cəlilabad rayonunun Üçtəpə kəndində, ata ocağında...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
12.10.2026-cı il Qəhrəman Şəhid Orxan Nazim Oğlu Paşazadənin mövlud günü tədbiri
Cəlilabad rayonu Cəfərxanlı kəndində ata evində keçirildi. Paşazadə Orxan Nazim oğlu 12 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində dünyaya...
“Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır” – Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?
Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda...
Heyvanlara işgəncə verənləri hansı cəza gözləyir? – Foto
Hər il oktyabrın 4-ü bütün dünyada Ümumdünya Heyvanların Mühafizəsi Günü kimi qeyd olunur. Lakin həmin gün heyvana qarşı amansızlıq faktı...
Average Rating