Alimpaşa Məmmədovun oğlu məhkəmə zalından çıxarıldı
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.
“Report”un məlumatına görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda A.Məmmədov elan olunmuş ittiham üzrə epizodların bir çoxunu qəbul edib.
Məhkəmədə məlum olub ki, sabiq icra başçısının oğlu zalda əyləşib. Hakim qeyd edib ki, o, cinayət işi üzrə şahid qismində tanınır. Daha sonra A.Məmmədovun oğlu məhkəmə zalından çıxarılıb.
Məhkəmənin növbəti iclası dekabrın 15-də davam etdiriləcək.
Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.
Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Savaşın taleyini dəyişən Cəbrayıl əməliyyatı – Düşmən necə darmadağın edildi?
Bu gün Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ilk böyük qələbədən - Cəbrayılın işğaldan azad edilməsindən 5 il keçir. Baku TV-nin...
əlilabadda 27 sentyabr-Anım Gününün beşinci ildönümü ilə bağlı tədbir keçirilib..
https://www.youtube.com/watch?v=zDeNDCAqMuc
əlilabadda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=VOFWofJx4Po
Average Rating