TƏKİ VƏTƏN YAŞASIN
Ədalət Salman
TƏKİ VƏTƏN YAŞASIN
Qarabağ döyüşlərində
əlil olmuş igidlərimizə
Siz- düşmən bağrına sancılan bir ox,
Siz- elin dayağı, yurdun sipəri.
Biz sizi tanıda bilməmişik, yox,
Siz Allah, əfv edin biz şairləri!
Mən düşkün görmədim sizi heç vədə,
Qolunu, qıçını itirən də var.
Döyüşdən dönəndə öz bədənində
Güllə qəlpələri gətirən də var.
Siz ey sinəsini sipər edənlər,
Ölümün üstünə mərd tək gedənlər.
Sarsılmaz dəyanət gördüm mən sizdə,
Yarı canınızı itirsəniz də!
Sağkən qiymətiniz verilməlidi,-
Qoy sizə qəhrəman adını verək!
Sizə söz çələngi hörülməlidi,
Sağkən heykəliniz qoyulsun gərək!
Heç nə qıra bilməz inadınızı,
Bir gün xoş müjdəni tarixə yazın.
Siz qurban verdiniz həyatınızı,
Təki yurd yaşasın, Vətən yaşasın!
Qələbə eşqi var dağ köksünüzdə,
Siz yenə keşikdə durmusuz ayıq,
Döyüşə gedəndə başımız üstə
Biz sizi bayraq tək qaldırmalıyıq!
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Əməkdar artist xəstəxanaya yerləşdirildi: Əməliyyat olunacaq – FOTO
Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb. Cənubtv.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bu barədə...
“Azercell” Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
"Azercell Telekom" MMC 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyi ilə tərəfdaşlıqda "Əsgərcell" xüsusi təklifini istifadəyə verir. Yeni...
Meyxanaçı Aqşin Fatehin yeni açdığı restoran da BAĞLANDI – FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektdə yoxlama aparıb. Cənubtv.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, qurumun apardığı...
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ı ötüb – FOTO – VİDEO
Venesuelada qeydə alınan zəlzələ nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, təqribən min nəfər isə müxtəlif xəsarətlər alıb. Cənubtv.Az xəbər...
Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Cənubtv.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla...
Aşura ilə bağlı aksiyada 1300 litrə yaxın qan toplandı – FOTO
Günün yekun nəticələrinə əsasən, Aşura Günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyasında ümumilikdə 2 821 nəfər könüllü donor iştirak edib....
Average Rating