Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 160-ı ötüb – FOTO – VİDEO

Read Time:3 Minute, 45 Second

Venesuelada qeydə alınan zəlzələ nəticəsində həlak olanların sayı 164 nəfərə çatıb, təqribən min nəfər isə müxtəlif xəsarətlər alıb.

Cənubtv.Az xəbər verir ki, bu barədə respublikanın prezident səlahiyyətlərini icra edən Delsi Rodriges açıqlayıb:

“İndiki məqamda 164 nəfərin həyatını itirdiyi, 971 nəfərin isə zərər çəkdiyi təsdiq edilib”, – deyə o vurğulayıb.

Rodriges onu da əlavə edib ki, zəlzələdən sonra 30-a yaxın yeraltı təkan (afterşok) qeydə alınıb.

Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər həyatını itirib, 700-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Cənubtv.Az xəbər verir ki, bu barədə iyunun 25-də xalqa müraciətində ölkə prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes açıqlama verib.

“La-Quayra ştatının təqdim edə biləcəyi göstəriciləri hesaba qatmasaq, 32 nəfərin həlak olması və 700-dən artıq şəxsin xəsarət alması barədə məlumatımız var”, – deyə o qeyd edib.

Rodriqesin sözlərinə əsasən, bütün regionlar arasında ən çox zərər çəkən məhz La-Quayra ştatı olub. Orada onlarla bina uçub. Hazırda hadisə yerində xilasetmə qüvvələri çalışır.

O, həmçinin vurğulayıb ki, yaxın saatlarda digər ölkələrdən olan xilasedicilər Venesuelaya gələcəklər.

Karakasın Çakao bələdiyyəsi ərazisində baş verən zəlzələ nəticəsində uçan binaların altından xilasedicilər 18 nəfəri çıxarmağa müvəffəq olublar.

Cənubtv.Az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bələdiyyə meri Qustavo Dukenin verdiyi məlumata görə, dağıntılar altından tapılan 18 nəfərin hamısı sağdır. O, həmçinin qeyd edib ki, ən azı iki bina tamamilə yerlə yeksan olub. Hazırda axtarış-xilasetmə əməliyyatlarına 500-dən artıq əməkdaş cəlb edilib.

Venesuelada baş verən güclü zəlzələ paytaxtda və bir sıra ştatlarda ciddi dağıntılara, eləcə də insan itkisinə səbəb olub.

Cənubtv.Az xəbər verir ki, bu məlumatı ölkənin daxili işlər naziri Diosdado Kabelyo “Venezolana de Televisión” telekanalına açıqlamasında təsdiqləyib.

“Təəssüflə qeyd edirəm ki, 7 baldan güclü yeraltı təkanlar Araqua, Karabobo, Miranda, Truxilyo, Yarakuy və La-Quayra ştatlarında, həmçinin zəlzələnin daha şiddətli hiss edildiyi Karakasda qeydə alınıb”, – deyə DİN rəhbəri vurğulayıb.

Karakasın seysmik cəhətdən təhlükəli Altamira və Palos Qrandes ərazilərində bəzi binaların, o cümlədən yaşayış evlərinin çökməsi insan ölümünə səbəb olub. Nazir əlavə edib ki, paytaxtın digər bölgələrində də vətəndaşların həyatını itirməsi ilə nəticələnən dağıntılar baş verib.

Nazirin sözlərinə görə, xilasetmə xidmətləri, yanğınsöndürənlər, polis qüvvələri və mülki müdafiə könüllüləri uçmuş binaların dağıntılarını təmizləyir və zərərçəkənlərə lazımi yardım göstərirlər. O, əhalini zədələnmiş binaları boşaltmağa, yaralılara kömək etməyə və xilasedici nəqliyyat vasitələrinin hərəkətinə mane olmamağa çağırıb.

Baş vermiş fəlakətlə əlaqədar Venesuela hökuməti ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına əsasən, Venesuelada bir dəqiqə fərqlə 7.2 və 7.5 maqnitudalı iki güclü yeraltı təkan qeydə alınıb. Zəlzələlərin episentri ölkənin Yarakuy ştatında, bir-birindən cəmi 10 kilometr aralıda yerləşib.

Venesuelada 7.5 maqnitudaya çatan zəlzələ qeydə alınıb. Respublika rəhbərliyi dağıntıların olduğunu bildirib. ABŞ Geoloji Xidmətinin hesablamalarına görə, həlak olanların sayı 100 mini ötə bilər.

Cənubtv.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də Venesuelada 7.1 maqnitudalı yeraltı təkanın olduğunu elan edib. Zəlzələnin episentri Valensiya şəhərindən 60 km şimal-qərbdə yerləşib. Həmçinin, sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Daha sonra ABŞ Geoloji Xidməti (USGS) məlumatı yeniləyərək, 40 saniyə fərqlə 7.1 və 7.5 maqnitudalı iki ardıcıl zəlzələnin baş verdiyini açıqlayıb. Təkanların episentrləri Venesuelanın Yarakuy ştatında, bir-birindən 10 km aralıda qeydə alınıb.

Yeraltı təkanlar paytaxt Karakasda da hiss olunub. Şəhərdə dağıntılar qeydə alınıb.

BBC-nin nümayiş etdirdiyi kadrlarda bir neçə binanın, o cümlədən ən azı bir çoxmərtəbəli tikilinin xarabalıqları, toz buludları və asfalta aşmış işıq dirəkləri əks olunub.

Dəyən ziyanla əlaqədar olaraq, Karakasın Mayketiya beynəlxalq hava limanı fəaliyyətini dayandırıb.

Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriges ölkə ərazisində fövqəladə vəziyyət elan edib.

USGS-in məlumatına əsasən, zəlzələ nəticəsində insan itkisinin 100 000-i keçməsi ehtimalı 30% təşkil edir. Qurum əvvəlcə ölkənin ÜDM-nə 2-20% həcmində iqtisadi ziyan dəyə biləcəyini proqnozlaşdırsa da, sonradan bu göstəricini 1-5%-ə qədər azaldıb. Təbii fəlakətdən sonra ölkədə internetin fəaliyyətində də ciddi problemlər yaranıb.

Salvador Prezidenti Nayib Bukele Venesuelaya yardım məqsədilə 300 nəfərlik xilasedici və həkim briqadası, eləcə də 50 ton tibbi avadanlıq və ləvazimat göndərəcəyini bəyan edib. ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau bildirib ki, Birləşmiş Ştatların administrasiyası baş vermiş zəlzələdən sonra Venesuela rəhbərliyi ilə əlaqə saxlayır və bu ölkəyə dəstək göstərməyə hazırlaşır.

Braziliya da zərərçəkən ölkəyə yardım edəcəyinə dair söz verib.

Venesuelada güclü zəlzələ baş verib.

Cənubtv.Az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Venesuelanın Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə yerləşib. Karakasla Valensiya arasındakı məsafə təxminən 130 kilometrdir.

Güclü yeraltı təkanlar nəticəsində Karakasda bir neçə bina çöküb.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 7.1 bal qiymətləndirib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Next post Bakıda “Range Rover” “Mercedes”lə TOQQUŞDU – XİLASETMƏ GÖRÜNTÜLƏRİ
סילוור פוקס | silver fox. El patron pablo escobar life and history private tour from medellin. 広告掲載につ?.