Bomjların məkanına çevrilən kinoteatr binası – YENİLƏNİB + FOTOREPORTAJ
Xırdalanda bomjların, səfillərin məkanına çevrilən və xarabalığı xatırladan keçmiş kinoteatr binasının nə üçün bu vəziyyətdə olduğuna aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-a açıqlamasında Xırdalan şəhər icra nümayəndəsi Malik Məmmədov bildirib ki, vaxtilə həmin yer mədəniyyət obyekti olub:
“Lakin uzun illər əvvəl yer özəlləşdirilib və xüsusi mülkiyyət olub. Sahibkardan icazəsiz xüsusi mülkiyyətə müdaxilə edə bilmərik. Qanunla bu qadağandır. Hazırda ərazinin kimin adına olduğunu müəyyənləşdirməyə çalışırıq. Sahibkarı müəyyən etmək və onunla əlaqə saxlaya bilmək üçün aidiyyəti qurumlara müraciət etmişik.
Öz növbəmizdə biz də ərazini nəzarətə götürəcəyik. Sahibkara müraciət edəcəyik ki, ərazinin təmizliyi ilə bağlı zəruri tədbirlər görsün”.
Könül Cəfərli
15:48
Bura Abşeron rayonu, Xırdalan şəhərində səfillərin məkanına çevrilən və xarabalığı xatırladan keçmiş kinoteatr binasıdır.
Məkanda 1989-cu il Mədəniyyət Nazirliyinin tərkibində “Azərkinovideo” İB yaradılıb. Azərbaycan SSR Nazirlər Sovetinin 20 may 1989-cu il tarixli əmrinə və Azərbaycan Mədəniyyət Nazirliyinin 31 may 1989-cu il tarixli qərarına əsasən “Azərbaycanfilm” Kinostudiyası “Azərkinovideo” İB-nin tərkibinə daxil edilib.
1991-ci ildə isə “Azərkinovideo” İB Mədəniyyət Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil fəaliyyət göstərib.
2001-ci ilin aprelində ilə “Azərkinovideo” İB ləğv olunub, əvəzinə Mədəniyyət Nazirliyində Kino İşləri Baş İdarəsi təşkil olunub.
“Global Photo Stock”un əməkdaşı xarabalığı xatırladan və bomjların məkanına çevrilən kinoteatr binasından görüntüləri lentə alıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabad bələdiyyəsinin rəhbərliyində kadr dəyişikliyi baş tutub.
Cenubtv.az-ın əldə etdiyi məlumata görө, bələdiyyədə keçirilən iclasda qurumun sədr müavini Rafiq Rüstəmov səs çoxluğu ilə bələdiyyənin yeni sədri seçilib....
Cəlilabadda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib
Cəlilabad rayonunda “20 oktyabr – Energetiklər Günü” qeyd edilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının...
Cəlilabadda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
https://youtu.be/RPVVvpsf-K8
İlmedmedikal Klinikasının kollektivi Şəhidlər Xiyabanını və abidə Kompleksini ziyarət edib
https://youtu.be/DAWEdt4V1_w
Average Rating