Cəlilabadın sabiq icra başçısının məhkəməsində 25 şahid dindirilib
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib, şahidlər dindirilib.
Cenubtv.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 25 şəxs ifadə verib.
Daha sonra şahidlər məhkəmənin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıblar.
Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.
Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Doğum sayının azalması müzakirə edildi – Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Doğum sayının azalmasının əsas səbəbi: İqtisadi qeyri-müəyyənlik, yoxsa sosial dəyişim? ABŞ və...
Maştağadakı psixiatriya xəstəxanası bağlanır? – İddia
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasının fəaliyyətini dayandırdığı iddia edilir. Cenbtv.Az Bizim.Media-ya istinadən xəbər verir ki,xəstəxanada müalicə alan...
Qayınata gəlininin qətlində təqsirləndirilir
Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər...
Ağdamda toyda dava: Xəsarət alan var
Ağdam rayonunda toyda dava düşüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Evoğlu kəndində baş verib. Rayonun Əfətli kənd...
“Roşka”nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanzadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin...
Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi
Qusarda qaynını balta ilə öldürməkdə, həyat yoldaşını isə öldürməyə cəhddə təqsirləndirilən 68 yaşlı Vəkil Əlibəyovun Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən...
Average Rating