Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı – 6 il həbs verildi

Read Time:57 Second

Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub.

Cenubtv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, özünü Prezident Administrasiyasının məsul əməkdaşı kimi təqdim etmiş Nərmin Məhərrəmovaya (soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, N.Məhərrəmova işədüzəltmə, diplom alma, pul nağdlaşdırma, qızıl biznesi, lombarddan qızıl çıxarmaq kimi vədlərlə 6 nəfərdən 200 min manata yaxın pul alıb. Şikayətçilərdən bəzilərinin sözlərinə görə, Nərmin özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib və yüksəkvəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək inam yaradıb.

Sonradan isə onun Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən, köhnə “Lider TV” kimi tanınan binada fəaliyyət göstərən Azərbaycan Həmrəylik Partiyasında işləməsi məlum olub. Dələduzluqla üzləşmiş şəxslərdən bir neçəsi oraya gedərək pullarını tələb ediblər. Onlar pullarını geri ala bilmədiklərini görərək polisə müraciət ediblər və Nərmin barəsində Cinayət Məcəlləsinin 178.32-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Məhkəmədə partiyanın sədri Əlisahib Hüseynov ifadə verərək Nərmini və atasını tanıdığını, lakin onun həmin təşkilatda işləmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə 6 il həbs cəzası verilib. Onun zərərçəkmişlərdən birinə vurduğu 143 min manatlıq mülki iddia da təmin edilib. Vəsaitin Nərmin Məhərrəmovadan tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bildirilib ki, 2008-ci il təvəllüdlü olan Əlipaşa Natiq oğlu Əlizadənin və 2008-ci il təvəllüdlü Elmin Elman oğlu Əmrəliyevin meyitləri FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, dənizdə boğulanlar tələbə imişlər.
Next post Cəlilabadda gözətçi fermada ehtiyatsızlıqdan özünü vurdu
Get real visitors for free — plus bonus credits from your automated referral network.