Cenubtv.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının Liderlər Sammitində iştirak məqsədilə Antalyaya gələn Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qəbul edib.

Danışıqlar zamanı tərəflər Ankarayla Aşqabad arasındakı ikitərəfli əlaqələri, həmçinin müxtəlif regional və qlobal məsələləri ətraflı nəzərdən keçiriblər.

Dövlət başçısı iki ölkə arasında tərəfdaşlığın daha da dərinləşdirilməsində qərarlı olduqlarını vurğulayaraq, xüsusilə enerji, ticarət, investisiya və müdafiə sənayesi sahələrində yeni addımların vacibliyini qeyd edib.

Görüşdə Türk Dövlətləri Təşkilatının nüfuzunun artdığı vurğulanıb və Türkmənistanın da bu təşkilatın üzvü kimi görmək istədikləri ifadə olunub.