Cenubtv.az xəbər verir ki, Moldovanın Rusiyadakı səfiri Lilian Darii Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Oktyabrın 23-də Moldova tərəfinin Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşını "persona non-qrata" elan etməsi səbəbindən diplomat sərt etirazla qarşılaşıb.

Rusiya tərəfi bu addımın Moldova ərazisində tapılan partlayıcı tərkibli PUA qalıqları ilə əlaqələndirildiyini qeyd edib. Qurumun açıqlamasına görə, pilotsuz uçuş aparatının Rusiya istehsalı olduğuna dair heç bir sübut mövcud deyil.

Moskva Moldovanın qərarını növbəti qeyri-dost addım və uydurma xarakterli hal kimi qiymətləndirib. Görüşün yekununda Moldova səfirinə rəsmi nota təqdim edilib.