Cenubtv.az xəbər verir ki, Rumıniya tərəfi Ermənistanın Avropa İttifaqına qoşulmaq istiqamətindəki səylərini tam dəstəklədiyini açıqlayıb.
Rumıniya Prezidenti Nikuşor Dan Buxarestdə Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib ki, Aİ sülh və rifah məkanıdır, ona görə də digər ölkələrlə yanaşı, İrəvanın da bu yoldakı fəaliyyəti müsbət qiymətləndirilir.
Paşinyan öz növbəsində tərəflərin daha sıx siyasi dialoq qurmaq və sahəvi proqramlar hazırlamaq barədə razılığa gəldiklərini vurğulayıb.
Danışıqlar zamanı ticarət, investisiyalar, bərpaolunan enerji, yüksək texnologiyalar, qida sənayesi, əczaçılıq və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Görüşün yekununda diplomatlar ölkələr arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.





