Cenubtv.az xəbər verir ki, Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hərəkətdə olan "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü qazi Hüseynalı Hüseynəliyev hadisə yerində həyatını itirib.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan digər qazilər - 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırmalara başlanılıb.