Cenubtv.az xəbər verir ki, bu gün Lənkəran rayonunun 7 kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
Mövcud təmir planına əsasən, noyabrın 25-də saat 10:00-dan 12:00-dək "Hirkan" hava xəttində bərpa işləri həyata keçiriləcək.
Görülən tədbirlər nəticəsində Hirkan, Mamusta, Siyavar, Vel, Parakənd, Xanbulan və Daşdalıqcar kəndlərini əhatə edən ümumilikdə 6500 abonentin işıq təminatında məhdudiyyət olacaq.
Təmir prosesi başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə təchizatı tam şəkildə bərpa ediləcək.





