Cenubtv.az xəbər verir ki, Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi sənətsevərlərin ixtiyarına verilib. Tədbirin açılışında Alyona Əliyeva da qatılaraq rəssamın ərəbələri ilə yaxından tanış olub.

Bu sərgi insan təcrübəsini, daxili transformasiyanı və həyatın mərhələlərini ayıran görünməz sərhədlərin bədii araşdırmasını ehtiva edir. Birinci mərhələ məsumluq və illüziyalar dünyasını əks etdirirsə, ikinci dünya maariflənmə, həyat təcrübəsi və varlığın mürəkkəbliyinin dərki ilə başlayır.

Nigar Ağabəyli ekspressiv obrazlar, qadın portretləri və simvolik personajlar vasitəsilə bu iki fərqli məkan arasındakı incə sərhədi təsvir edir. O, bu dünyaları bir-birinə qarşı qoymur, əksinə, vahid ömür yolunun bir-biri ilə bağlı mərhələləri kimi təqdim edir.

Sərgi noyabrın 24-dən 26-dək Müasir İncəsənət Muzeyində ziyarətçilər üçün açıq olacaq.