Cenubtv.az xəbər verir ki, İran yaxın gələcəkdə neft ixracından və bu satışdan qazanc əldə etməkdən tamamilə məhrum qala bilər.
ABŞ-nin dövlət katibi Parisdə "Böyük Yeddilik" dövlətlərinin xarici işlər nazirlərinin toplantısının yekununda bu barədə danışıb.
Onun sözlərinə görə, Vaşinqtonla imzalanan anlaşma memorandumunun qüvvədə olduğu müddətdə Tehran nefti xaricə göndərə bilib, lakin gəmilərdəki ehtiyatlar artıq tükənmək üzrədir.
Rubio əlavə edib ki, yaxın zamanlarda Çin də İran xam neftini əldə etmək imkanını itirəcək, ஏünki bazarda alınacaq məhsul qalmayacaq.





