Cenubtv.az xəbər verir ki, Bakının Nərimanov rayonunda yerləşən kafelərin birində qeydə alınan insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Aparılan növbəti tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliyev saxlanılaraq istintaqa təhvil veriliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təsdiqləyib və başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin davam etdirildiyini bildirib.





