Cenubtv.az xəbər verir ki, Bakıda piyadanın ölümü ilə nəticələnən bədbəxt hadisə Xəzər rayonunda qeydə alınıb.

Hadisə zamanı sürücü Əsmər Məmmədova idarə etdiyi "Kia Moning" markalı avtomobillə Türkan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu qarşı tərəfə keçmək istəyən Məlahət Əlibəyovanı vurub.

Zərbənin şiddətindən ağır xəsarətlər alan qadın dərhal Təcili Tibbi Yardım briqadasına həvalə edilib.

Lakin həkimlərin səylərinə baxmayaraq, yaralı xəstəxanaya çatdırılmamışdan əvvəl yolda dünyasını dəyişib.